• çərşənbə, 24 Aprel, 03:08
  • Baku Bakı 14°C

"Formula 1": İspaniya Qran-prisinin qalibi məlum oldu

17.08.20 10:36 720
"Formula 1": İspaniya Qran-prisinin qalibi məlum oldu
Barselona avtodromunda "Formula 1" üzrə İspaniya Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, mövsümün sayca 6-cı yarışında qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü əvvəldən sonadək liderliyini əldən verməyib.
İkinci yeri "Red Bull"dan Maks Ferstappen tutub. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə üçüncü olub.
66 dövrəlik mübarizəni yalnız "Ferrari" pilotu Şarl Lekler sona çatdıra bilməyib.
İspaniya Qran-prisindən sonra xalını 132-yə çatdıran Hemilton ən yaxın izləyicisi Ferstappenlə xal fərqini 37-yə çatdırıb. 3-cü yerdə isə 89 xalla Bottas qərarlaşıb.
Konstruktorlar Kubokunda "Mercedes" 221 xalla liderdir. Sonrakı iki pillədə "Red Bull" (135 xal) və "Racing Point" (63 xal) yer alıb.
banner

Oxşar Xəbərlər