Deyir ki, Paris irqçilərin şəhəridir

Deyir ki, Paris irqçilərin şəhəridir

İdman
16 Oktyabr 2019, 13:45 89
PSJ-nin sabiq futbolçusu Dani Alves  irqçiliklə bağlı danışıb. 
 
Kaspi.az xəbər verir ki, Alves Parisi irqçi şəhər adlandırıb. O, bu şəhərin küçələrində daim irqçilərlə rastlaşdığını bildirib: 
 
"Paris mənim xoşuma gəlmir. Orda xeyli stress yaşadım. Əgər siz bu şəhrdə bir həftə qalsanız, bu, sizə bütün ömrünüz boyu bəs edəcək. 
 
Bu şəhər sizin əsəblərinizlə oynayır, bütün gücünüzü alır. Paris tamamilə irqçilərin şəhəridir. Düzdür, mənə qarşı heç nə etməyiblər. Amma dostlarımla necə davrandıqlarını görürdüm. 
 
Barselona  və Sevilyada isə əksinədir. Orda insanlar braziliyalılara bənzəyirlər. Onlar şəndirlər, pozitiv enerji yayırlar. Mən belə insanları xoşlayıram”.