• çərşənbə axşamı, 19 mart, 12:04
  • Baku Bakı 8°C

Bu komanda məşqləri bərpa etdi

03.04.20 17:32 806
Bu komanda məşqləri bərpa etdi
Almaniyanın "Şalke” klubu kollektiv məşqləri bərpa edib.
Kaspi.az xəbər verir ki, komanda iki həftəlik karantin müddəti başa çatandan sonra belə addım atıb. Futbolçular Helzenkirhendəki bazada toplaşaraq təmassız məşqlər ediblər.
Futbolçular məşq zamanı bir-biri ilə məsafə saxlayıblar. Bundesliqa koronavirusa görə dayandırılıb.
Çempionatın nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq tarix deyilmir. Amma bunun aprelin 30-dan tez olmayacağı bəllidir.
banner

Oxşar Xəbərlər