• cümə axşamı, 25 aprel, 17:49
  • Baku Bakı 23°C

Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da

12.11.19 14:30 747
Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da
Noyabrın 14-də Azərbaycanın məşhur MMA (Qaydasız döyüş) döyüşçülərindən olan Vüqar Kərəmov dünyanın ən nüfuzlu təşkilatlarından olan "Bellator”da karyerasının 16-cı peşəkar qarşılaşmasına çıxacaq.

Keçirdiyi son 9 döyüşün hamısında qalib gələn idmançımızın bu dəfəki rəqibi təcrübəli brazilyalı döyüşçü, 70 kq çəki dərəcəsində Gustavo Wurlitzer olacaq.

İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək qarşılaşmanı bir sıra xarici kanallar canlı yayımlayacaq.

Xatıraladaq ki, V.Kərəmov peşəkar döyüşlərlə yanaşı, MMA və Pankration üzrə dəfələrlə dünya və Avropa çempionu, 2013-cü il Dünya Oyunlarının qalibi və eyni zamanda, Uşu Sanda üzrə 2017-ci ildə keçirilən İslam Oyunlarının qaliblərindən olub.
banner

Oxşar Xəbərlər