• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

Azərbaycanlı gənc pianoçu beynəlxalq müsabiqənin qalibi olub

12.09.20 21:45 792
Azərbaycanlı gənc pianoçu beynəlxalq müsabiqənin qalibi olub
Azərbaycanlı gənc pianoçu Toğrul Hüseynli Almaniyanın Axen şəhərində keçirilən Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.
AZƏRTACxəbər verir ki, pianoçuların Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən nüfuzlu müsabiqələrindən biridir. 8-11 sentyabr tarixində Axen Konservatoriyasında keçirilmiş sayca 14-cü müsabiqəyə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan istedadlı ifaçılar qatılıb. Onların ifasını 8 tanınmış münsif – pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları qiymətləndirib.
Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen Şəhər İcra Hakimiyyəti olub. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur "Bal” zalında keçirilib.
Bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk beynəlxalq sənət yarışması kimi Almaniya mətbuatında geniş işıqlandırılıb.
Müsabiqənin 2-ci və 3-cü mərhələsi "Youtube” kanalı vasitəsilə canlı yayımlanıb.
Mürəkkəb proqram şərtləri və 3 mərhələli müsabiqədə dünyanın 13 ölkəsindən – İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçı qatılıb. Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın "Simfonik etüdlər” silsiləsi və L.V.Behhovenin "Avrora” sonatası ilə çıxış edib.
Müsabiqənin finalına 3 iştirakçı – Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçib. Finalda Toğrul Hüseynli V.A.Motsartın KV310 və S. Prokofyevin 7 saylı sonatalarını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Toğrul Hüseynliyə birinci dərəcəli mükafat yalnız təqdim edilib.
banner

Oxşar Xəbərlər