• cümə axşamı, 28 mart, 19:34
  • Baku Bakı 13°C

Azərbaycan çempionatının 2 oyunu hava şəraitinə görə təxirə salınıb

18.02.21 13:15 552
Azərbaycan çempionatının 2 oyunu hava şəraitinə görə təxirə salınıb
Azərbaycan çempionatının I divizionunda iki oyun təxirə salınıb.
Apasport.az Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, XIII turunun qarşılaşmalarının təxirə salınmasına güclü qar səbəb olub.
Fevralın 17-də start götürən, lakin yarımçıq dayandırılmış "Turan Tovuz” – "Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, davam etdirilməyəcək. Buna səbəb yağıntının davam etməsidir.

Həmçinin bu gün keçirilməli olan "Kəpəz” – "Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə Peşəkar Futbol Liqası qərar verəcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt-2" oyunu dayandırıldığı vaxtdan (51:19) keçiriləcək.

banner

Oxşar Xəbərlər