Axmaq olub, xoşbəxtliyi pulda axtarıb
"Fiorentina”nın futbolçusu
Kevin-Prins Boatenq karyerasında yol verdiyi səhvlər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Boatenq intizamsız olduğunu, məşqlərə ciddi
yanaşmadığını etiraf edib. O, xoşbəxtliyi pulda axtarmaqla səhvə yol verdiyini
vurğulayıb:
"Düzünü desəm, futbola işim kimi yanaşmırdım. Mən tamamilə axmaq
idim. İstedadım vardı, ancaq məşqlərdə bir saatdan artıq vaxt keçirmirdim.
Məşqə hamıdan sonra gəlib, hamıdan əvvəl gedirdim. Məni idman zalına
salmaq mümkün deyildi.
Kral kimi yaşayırdım. Çoxlu pulum vardı. Belə yanaşma gələcək
karyeraya pis təsir edir. Mən xoşbəxtliyi pulda – maddiyatda axtarırdım. Bahalı
maşın adamı cəmisi bir həftə xoşbəxt edə bilər. "Lamborghini”, "Hummer”, "Cadillac”
alırdım ki, 3 həftə xoşbəxt ola bilim”.