Almanların istəyi “Liverpul”da narahatlıq yaradıb
Almaniya
yığmasına Yurgen Klopp başılıq edə bilər.
Kaspi.az
xəbər verir ki, federasiya gələcəkdə Yoahim Lövü Kloppla əvəzləmək istəyir.
Almanların bu istəyi "Liverpul”da narahatlıq yaradıb.
Məlumata
görə, Yurgen özü də bu ideyaya müsbət yanaşır. O, karyerasında yeni səhifə
açmaq üçün Almaniya yığmasını münasib variant hesab edir.
"Liverpul”
rəhbərliyi isə onu komandada saxlamaq üçün fəaliyyətini gücləndirməyi
planlaşdırır. Kloppun "Liverpul”la müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə
tutulub. Lövün Almaniya yığması ilə müqaviləsi isə 2022-ci ilin yayında başa
çatır.