7 nömrəli formanı istəyib, Ronaldo da deyib ki...
"Yuventus”un yeni transferi Danilo komandada necə qəbul edilməsi
barədə danışıb.
Kaspi.az xəbər verir ki, Danilo Kriştiano ronaldo ilə söhbəti barədə
də məlumat verib. O, portuqal ulduzla zarafat etdiyini də vurğulayıb:
"Ronaldoya dedim ki, 7 nömrəli formanı istəyirəm. O isə gülümsədi və
məni salamladı. Bildirdi ki, böyük kluba gəlibsən. "Yuventus”un bir ailə
olduğunu dedi.
Kriştiano bildirdi ki, Turində xoşbəxt olmaq üçün hər cür şərait var.
O dedi ki, belə futbolçularla birgə oynamaq sənə əlavə motivasiya verəcək.
Sonda mən 3 nömrəli formanı seçdim”.
Danilo ilə Ronaldo 2015-2017-ci illərdə "Real”da birgə oynayıblar. O, "Yuventus”a "Mançester Siti”dən keçib.