• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

2022-ci ilə qədər “Real”a keçməyəcək

19.05.20 11:36 677
2022-ci ilə qədər “Real”a keçməyəcək
Dortmund "Borussiya”sının futbolçusu Erlinq Hollanın "Real”a transferi baş tutmayacaq.
Kaspi.az xəbər verir ki, Hollan "Borussiya”da qalmağa üstünlük verib. Onun "kral klubu”na 2022-ci ildən tez keçməyəcəyi bildirilir.
Məlumata görə, Dortmund klubunun rəhbərliyi 19 yaşlı hücumçunun agenti Mino Rayola ilə razılıq əldə edib. Hollan ən azı 2022-ci ili n yayına qədər "Borussiya”da oynayacaq.
Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Hollan "Borussiya”ya bu ilin qışında keçib. O, 12 oyunda 13 qol vurub.
banner

Oxşar Xəbərlər