• çərşənbə axşamı, 19 mart, 07:05
  • Baku Bakı 8°C

Yeni məktəbli formalarının qiyməti AÇIQLANDI

24.05.23 22:00 1965
Yeni məktəbli formalarının qiyməti AÇIQLANDI

“2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”.

Bu barədə Trend-in suallarını cavablandırarkən “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

“2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq. Parçalar Türkiyə və Belarusdan gəlir. Ötən il olduğu kimi bu il formaların ölçülərinin tapılmaması ilə bağlı problem yaşanmayacaq. 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”, - deyə E.Əzimov əlavə edib.
Xatırladaq ki, ötən il yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunurdu.

banner

Oxşar Xəbərlər