Yaz sessiyasında Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Yaz sessiyasında Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.
Təhsil Nazirliyindən "Kaspi"yə verilən məlumata görə, indiyədək 4478 müraciət qəbul olunub.
Onlardan 658-i natamam, 525-i emaldadır. Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.
Yaz sessiyasında 2512 nəfərə kredit verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub.