• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

XII “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

05.12.22 17:15 873
XII  “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş XII “Fənlərin Dostluğu Olimpiadası” keçirilib. 
Builki olimpiadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı,  respublikamızın 10-dan çox şəhər və rayonlarını təmsil edən 1678 nəfər şagird öz biliyini sınayıb. Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan mərkəzində keçirilib.
Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar  2 saat müddətində 50 sualı cavablandırıblar. Suallar 2-6 fənli olmaqla inteqrasiya əsasında tərtib olunmuşdu. 
Bir həftə sonra olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan  www.inteqrasiya.az saytında elan olunacaq. Dekabr ayının sonuncu ongünlüyündə FDO-12 qaliblərinin mükafatlandırılma mərasimi baş tutacaq. 
Xatırladaq ki, XII “Fənlərin Dostluğu Olimpiadası” Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Qrup”un birgə təşkilatçılığı ilə keçirildi. 

banner

Oxşar Xəbərlər