• cümə axşamı, 18 aprel, 15:44
  • Baku Bakı 22°C

Xaricdə magistratura təhsili üçün sənəd qəbulu davam edir

13.08.22 08:15 423
Xaricdə magistratura təhsili üçün sənəd qəbulu davam edir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğu nəzərə alınaraq sənəd qəbulu davam edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu prosesi avqustun 25-dək aparılacaq.

Xatırladaq ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

banner

Oxşar Xəbərlər