bazar ertəsi, 27 mart, 23:27

Baku Bakı 19°C

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

icon 256 icon 23 fevral 2023 | 18:15 Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Nazirlikdən Kaspi.az-a bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu aprelin 1-də yekunlaşacaq.

Əlavə sual yaranarsa, [email protected] ünvanına müraciət etmək mümkündür.