"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Azərbaycan çempionatında debüt edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.
"Report" xəbər verir ki, Macarıstandakı təlim-məşq toplanışını başa vuran komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. Kollektiv yoldaşlıq görüşündə MOİK-lə qarşılaşıb.
Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.