Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Müharibə dövründə Ukrayna ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarından 395 nəfər qəbul olunub.
Bu barədə Kaspi.az-a Ukrayna Elm və Təhsil Nazirliyindən bildiriblər.
Məlumata görə, bu şəxslər 2022-ci ilin əvvəlindən dekabrın 2-ə qədər olan dövrdə Ukrayna ali təhsil müəssisələrinə qəbul olunub.