• çərşənbə axşamı, 23 aprel, 14:48
  • Baku Bakı 24°C

Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz

26.07.22 21:00 550
Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan orta ixtisas təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Bu barədə Kaspi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ var.

Xatırladaq ki, iyulun 25-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə iyulun 31-dək davam edəcək. Nəticələr avqustun sonu və ya sentyabrın əvvəlində açıqlanacaq.

banner

Oxşar Xəbərlər