• cümə, 19 Aprel, 06:36
  • Baku Bakı 13°C

"Teknofest" kimi festivallar turizmə müsbət təsir göstərəcək

28.05.22 16:15 630
"Teknofest" kimi festivallar turizmə müsbət təsir göstərəcək

Hazırda "Teknofest" aerokosmik və texnologiya festivalı ilə əlaqədar Bakıya gələn xarici qonaqlar əsasən şəhərin mərkəzində yerləşən şəbəkə hotellərdə qalırlar.

Bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, festivalda təxminən 1000 nəfərə yaxın xarici qonaq iştirak edir.

"Xarici qonaqlar əsasən Bakının mərkəzində yerləşən hotellərdə yerləşiblər. Hazırda mərkəzdə yerləşən hotellərin qonaqları çoxdur. Ümumilikdə götürsək gələn qonaqların sayı hotellərin dolum faizinə çox təsir etməyib. Belə festivallardan gələcəkdə turizm üçün də istifadə etmək olar. Bu turizmə müsbət təsir göstərəcək",- deyə o bildirb.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

banner

Oxşar Xəbərlər