• çərşənbə, 24 Aprel, 13:40
  • Baku Bakı 27°C

Təhsil kreditindən yararlanan tələbələrin sayı AÇIQLANDI

19.09.22 17:00 416
Təhsil kreditindən yararlanan tələbələrin sayı AÇIQLANDI

2022-2023-cü tədris ilinin payız semestri üzrə 1575 tələbə təhsil krediti əldə edib.

Elm və Təhsil Nazirliyindən "Kaspi"yə verilən məlumata görə, onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

banner

Oxşar Xəbərlər