• çərşənbə, 17 Aprel, 01:13
  • Baku Bakı 14°C

Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb

03.03.23 15:14 718
Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb

Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb.

Bu barədə Kaspi.az-a Dövlət Turizm Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

 

banner

Oxşar Xəbərlər