çərşənbə axşamı, 05 iyul, 23:32

Baku Bakı 30°C

"Şerif"ə xorvatiyalı baş məşqçi təyin olunub

icon 145 icon 22 iyun 2022 | 12:00 "Şerif"ə xorvatiyalı baş məşqçi təyin olunub

Stepan Tomas Moldovanın "Şerif" futbol komandasına baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, klub 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və şərtlərini açıqlamayıb.

Xorvatiyalı Tomas məşqçilik karyerasına 2010-cu ildə başlayıb və daim Türkiyədə çalışıb. O, 2019-cu ildən baş məşqçi funksiyalarını yerinə yetirir. Mütəxəssisin son iş yeri "Göztəpə" olub.

Qeyd edək ki, iyunun 8-də "Şerif" ukraynalı baş məşqçi Yuri Vernidubla yollarını ayırıb. Bundan sonra vakant vəzifəyə belaruslu Viktor Qonçarenko və rusiyalı Mixail Qalaktionovun namizəd olduğuna dair xəbərlər yayılıb. Vernidub və Qonçarenko həm də "Neftçi"nin baş məşqçi postuna namizəd göstərilib. Lakin sonda "ağ-qaralar" Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlayıb.