• cümə, 19 Aprel, 04:15
  • Baku Bakı 18°C

Sərbəst öyrənmə portalında onlayn kurslara qeydiyyat başlanır

16.06.22 16:00 540
Sərbəst öyrənmə portalında onlayn kurslara qeydiyyat başlanır

Təhsil İnstitutu tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kurslara tələbə qəbulu elan edilir.

İnstitutdan bildirilib ki, “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma”, “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub. Maraqlanan şəxslər https://tehsilim.edu.az/ platformasına daxil olaraq iyunun 20-dək qeydiyyatdan keçə, öz bilik və bacarıqlarını artıra bilərlər. Hər bir kursu bitirmək üçün potensial tələbələrə 3 ay vaxt verilməsi nəzərdə tutulub. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sonda sertifikat təqdim olunacaq.

Qeyd edək ki, iyunun 21-dən etibarən kurslara start veriləcək.

banner

Oxşar Xəbərlər