• cümə, 29 Mart, 11:33
  • Baku Bakı 5°C

Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıb

13.05.23 15:02 732
Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıb

Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıb
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif alıb.

Bu barədə "Report"a müsahibəsində 71 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, bildirib ki, həmin vaxt yığmanı çalışdırmaq istəyi olsa da, bunu həyata keçirə bilməyib: "Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda "Beşiktaş"ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub"..

Ş.Güneşin sözlərinə görə, önəmli olan yığmanın başına keçmək deyil, inkişafa töhfə verməkdir: "İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. "Beşiktaş"da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl "Trabzonspor" və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar".

Təcrübəli mütəxəssis bundan sonra Azərbaycan millisinə rəhbərlik etməsinin qeyri-mümkün olduğunu söyləyib: "Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsə, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər".

 

banner

Oxşar Xəbərlər