çərşənbə, 06 Iyul, 13:51

Baku Bakı 27°C

Şahmat üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliyi start götürüb

icon 136 icon 16 iyun 2022 | 15:30 Şahmat üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliyi start götürüb

Bu gün şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına start verilib.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, 3 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat-idman məktəbində təşkil edilən turnirdə 193 oğlan, 121 qız iştirakçı olmaqla, ümumilikdə 314 nəfər medallar uğrunda mübarizə aparır.

Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları və federasiyanın medalları ilə təltif olunacaqlar. Həmçinin qaliblərə federasiya tərəfindən pul mükafatı veriləcək. Birinci yeri tutan şahmatçılar 2022-ci ildə müvafiq yaş qruplarında keçiriləcək dünya, ikinci yerin sahibləri isə Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.