• cümə, 26 Aprel, 19:38
  • Baku Bakı 22°C

Şahdağ Turizm Mərkəzi yay mövsümünə hazırlaşır

27.03.23 15:44 555
Şahdağ Turizm Mərkəzi yay mövsümünə hazırlaşır

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günləri də daxil olmaqla, mart ayında 9 minə yaxın turist qəbul edib.

Kaspi.az xəbər verir ki, kompleksin tabeliyində olan hotellərin xidmətlərindən ümumilikdə 3400-ə yaxın şəxs istifadə edib.

Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların əksəriyyəti yerli turistlərdir. Əcnəbi qonaqlar arasında Yaxın Şərq, MDB ölkələri, Hindistan, Pakistan və Avropa ölkələrindən olanlar daha çoxdur.

Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov bildirib ki, mart ayında havaların isti keçməsi səbəbindən Şahdağ Turizm Mərkəzində qış mövsümü nisbətən erkən başa çatıb. Xizək zolaqlarının və qış əyləncə növlərinin fəaliyyəti dayandırılıb. Hazırda kompleks ərazisində yay mövsümünə hazırlıq işlərinə start verilib.

“Aparılan işlərlə yanaşı, turistlərin istirahətlərinin xoş və maraqlı keçirmələri üçün ziplayn, kvadrosıkl, paintbol, offroad turlar, Şahdağ koster, dağ velosipedi, hiking, bobkart və digər yay əyləncə növləri xidmət göstərir. Eyni zamanda, yay mövsümünə qədər sifarişli əsaslarla piyadalar üçün 3 nömrəli kanat xətti fəaliyyətini davam etdirəcək. Yay fəslində isə 1 və 5 nömrəli qandolla xətti də əlavə olunaraq, qonaqların ixtiyarına veriləcək”, - deyə Orxan Bədəlov söyləyib.

Mərkəzin ərazisində yüksək səviyyəli 5 hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, SPA xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır. (Azərtac)

banner

Oxşar Xəbərlər