• cümə, 26 Aprel, 15:40
  • Baku Bakı 23°C

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin imtahan mərhələsinin nəticələri üç günə bilinəcək

15.05.22 15:40 672
“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin imtahan mərhələsinin nəticələri üç günə bilinəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Bakıda SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

"Report" DİM-ə istinadən xəbər verir ki, imtahan saat 11:00-da başlanıb və 2 saat davam edib. İmtahanda 2397 tələbənin iştirakı gözlənilirdi. Nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün 10 bina, 176 zalı ayrılıb. İmtahanların idarəolunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 227 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 10 bina nümayəndəsi ayrılıb.

banner

Oxşar Xəbərlər