• çərşənbə, 24 Aprel, 19:23
  • Baku Bakı 23°C

“SABAH” qruplarına tələbə seçimi BAŞLADI

26.05.23 14:02 2509
“SABAH” qruplarına tələbə seçimi BAŞLADI

Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.

Nazirlikdən Kaspi.az-a bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.

Qeyd edək ki, “SABAH” qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır.

Elektron ərizəni doldurmazdan əvvəl əlaqədar “Təlimat”la və “SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış olmağınız tövsiyə olunur.

Qeydiyyat üçün "Elektron ərizəyə" keçid etməyiniz tələb olunur.

SON MÜRACIƏT TARIXI VƏ VAXTI: 08.06.2023-CÜ IL, 23:59

Müsabiqə barədə ətraflı məlumatla linkdən tanış ola bilərsiniz.

banner

Oxşar Xəbərlər