• cümə axşamı, 28 mart, 15:47
  • Baku Bakı 16°C

Sabah peşə məktəblərinə direktor və müavinlərinin işə qəbul imtahanı keçiriləcək

01.08.22 14:30 731
Sabah peşə məktəblərinə direktor və müavinlərinin işə qəbul imtahanı keçiriləcək

"Sabah peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçiriləcək".

Kaspi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, 22 rayonda direktor, 29 rayonda isə direktor müavinlərinin işə qəbulu üzrə elan verilmişdi: "Bununla bağlı 790-dən çox müraciət olub. Sabah mərkəzləşdirilmiş imtahan keçiriləcək. Həmçinin peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 1200-dən çox müraciət olub. Avqustun 3-də də müəllimlərin işə qəbulu üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçənlər peşə məktəblərində işə qəbul ediləcəklər".

C.Kərəmov bildirib ki, dual proqramı çərçivəsində 50-yə yaxın şirkətlə əməkdaşlıq edilir: "Bir çox rayonlarda yeni sektorlar üzrə işəgötürənlər əməkdaşlığa dəvət edilir: Əgər işəgötürənlər təhilin məzmunu ilə bağlı təklifləri olarsa, proqramı onlara uyğun həyəta keçiməyə hazırıq".

banner

Oxşar Xəbərlər