• cümə, 29 Mart, 02:56
  • Baku Bakı 7°C

Ronaldunun "Əl-Nəsr"də rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb

22.01.23 12:00 674
Ronaldunun "Əl-Nəsr"də rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu yanvarın 22-də keçiriləcək rəsmi oyunda “Əl-Nəsr”in heyətində debüt edəcək.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə klubunun mətbuat xidməti məlumat yayıb. Yanvarın 22-də “Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttifaq”la qarşılaşacaq Qeyd edək ki, Ronaldu artıq Səudiyyə Ərəbistanında meydana çıxıb, bu, Riyad komandasının (“Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq oyununda baş verib. Bu matçda o, dubla imza atıb. Hücumçu bu il yanvarın 2-də “Əl-Nəsr”in futbolçusu olub.

Xatırladaq ki, Kriştianu Ronaldu DÇ-2022 başlamazdan əvvəl Pirs Morqana qalmaqallı müsahibə vermişdi. Orada o, həmin dövr çıxış etdiyi “Mançester Yunayted”i və komandanın baş məşqçisi Erik ten Haqı tənqid edib. Bundan sonra futbolçu ilə klub arasındakı müqaviləyə xitam verilib.

banner

Oxşar Xəbərlər