• cümə, 19 Aprel, 14:28
  • Baku Bakı 25°C

Regiona məxsus idman növləri üzrə birgə yarışlar təşkil ediləcək

25.06.22 15:30 635
Regiona məxsus idman növləri üzrə birgə yarışlar təşkil ediləcək

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə İranın idman və gənclər naziri Seyid Həmid Səccadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kaspi.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclasında iştirak edən İranın idman və gənclər naziri Seyid Həmid Səccadi səfər çərçivəsində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüş imkanı əldə etdiyinə görə məmnunluğunu ifadə edib.

Çingiz Hüseynzadəni İran İslam Respublikasına rəsmi səfərə dəvət edən nazir sərhədyanı bölgələrdə birgə idman yarışlarının təşkil olunmasının vacibliyini vurğulayıb.

İranın idman və gənclər naziri Seyid Həmid Səccadi hər iki ölkəyə məxsus ənənəvi idman növlərinin xüsusilə zorxananın dünyada tanıdılması istiqamətində Azərbaycanın töhfə verə biləcəyinə inandığını da qeyd edib. “Regiona aid idman növləri üzrə birgə yarışlar təşkil etmək, idmançıların təlim məşq toplantılarının keçirilməsi, xarici ölkəyə getmək istəyən idmançıların elə Azərbaycana üz tutması məsələlərində MOK-un dəstəyinə ehtiyac var”,- deyə nazir bildirib. İranın idman və gənclər naziri Seyid Həmid Səccadi və İran parlament nümayəndələrini salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkələrin idman potensiallarından səmərəli istifadə edilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb. Birgə təlim-məşqlər və yarışların təşkilinin mümkünlüyünü qeyd edən MOK-un vitse-prezidenti sərhədyanı ərazilərdə reallaşdırılan idman yarışlarındakı işbirliyinin vacibliyinə də diqqət çəkib. O, Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında zorxana idman növünün proqrama salındığını xatırladıb. İslam Həmrəyliyi idman Federasiyasının vitse-prezidenti kimi buna nail olmaq üçün keçən prosesə də toxunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.

Görüşdə MOK-un baş katibi Azər Əliyev, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyed Abbas Musəvi də iştirak edib. (Azərtac)

banner

Oxşar Xəbərlər