bazar, 29 Yanvar, 15:49

Baku Bakı 8°C

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

icon 1168 icon 27 dekabr 2022 | 17:50 "Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.

Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.