bazar, 29 Yanvar, 16:28

Baku Bakı 8°C

Ramil Şeydayev Avropanın bombardirləri sırasına düşüb

icon 309 icon 17 yanvar 2023 | 11:00 Ramil Şeydayev Avropanın bombardirləri sırasına düşüb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı 2022-ci ildə Avropanın bombardirləri sırasına düşüb.

“Report” xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb.

Onunla birlikdə daha 9 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 dəfə fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Halandı 10 qol qabaqlayıb.

Minimum 25 qol vuran oyunçuların yer aldığı siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu düşə bilməyib.