çərşənbə axşamı, 09 avqust, 12:57

Baku Bakı 27°C

Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər

icon 190 icon 24 iyun 2022 | 10:45 Qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə bilər

Qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə təklif irəli sürüləcək.

Bu barədə Kaspi.az-a Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” Qaydasına görə , Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura), səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir.

"Sözügedən qaydalara qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcəkdir", - deyə əlavə edilib.

Xatırladaq ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. 2021-ci il oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb və bu günə qədər 6 mindən çox tələbə təhsil krediti alıb.