bazar ertəsi, 30 yanvar, 05:20

Baku Bakı 6°C

Qarlı havanın Bakıda dərsə davamiyyətə təsiri açıqlanıb - RƏSMİ

icon 705 icon 09 yanvar 2023 | 10:45 Qarlı havanın Bakıda dərsə davamiyyətə təsiri açıqlanıb - RƏSMİ

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Kaspi.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib: "Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

Qeyd edək ki, yanvarın 8-dən Bakıya qar yağır. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək