• cümə axşamı, 18 aprel, 15:21
  • Baku Bakı 22°C

Qarabağdakı termal qaynaqlar dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər

12.10.22 15:15 864
Qarabağdakı termal qaynaqlar dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər

İşğaldan azad edilən ərazilərdə sağlamlıq turizmini inkişaf etdirmək üçün böyük imkanlar var.

Bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilən torpaqlarda əsas iş sağlamlıq turizminin xəritəsinin hazırlanmasıdır.

"Belə ki, şəfalı su ocaqlarının ətrafında yeni təsisatların yaradılması və sovet dövründən indiyə qədər mövcud olan mərkəzlərin bərpası önəmlidir", - Assosiasiya sədri deyib.

R.Quliyev bildirib ki, investisiyaların cəlb edilməsi bu prosesi sürətləndirəcək.

"İnşaat işləri başlasa, 2025-ci ildən etibarən azad edilən ərazilər ilk turistlərini qəbul edə bilər. İşğaldan azad edilən ərazilərdə sağlamlıq turizmini inkişaf etdirmək üçün imkanlar var. Əsasən Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bu istiqamətlərdə təsisatların yaradılması sağlamlıq turizminin inkişafında böyük rolu olacaq. Sanatoriyalar müəyyən vaxtdan sonra əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər. Azad edilən torpaqlarda hava limanlarının tikintisi xarici turistlərin ölkəmizə daha çox gəlməsinə səbəb olacaq və sağlamlıq turizmi də bundan öz payını alacaq", - deyə Assosiasiya sədri bildirib.

banner

Oxşar Xəbərlər