• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

“Qarabağ” təhqiramiz ifadələrə, “Zirə” cəzalı məşqçisinə görə cərimələndi

03.06.22 16:10 612
“Qarabağ” təhqiramiz ifadələrə, “Zirə” cəzalı məşqçisinə görə cərimələndi

AFFA İntizam Komitəsi (İK) “Qarabağ” və “Zirə” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.Xəbər verilir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4 min manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexniki vasitələrdən istifadə edərək klubu 800 manat ziyana salıblar.

İK nominal meydan sahibi olan “köhlən atlar”a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3 200 manat cərimə təyin edib.

“Zirə” klubu isə 1600 manat ödəyəcək. “Qartallar”ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasına bir oyun əlavə edilib. Klub buna görə 800 manat ziyana düşüb. Paytaxt təmsilçisi daha 800 manatı 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.

Həmçinin “Zirə”nin futbolçusu Hamidu Keyta Azərbaycan Premyer Liqasının XXVIII turunun “Şamaxı” ilə ev oyununda təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu iki oyunu şərti olmaqla dörd matçlıq cəzalandırıb, klubu isə 3200 manat cərimə olunub. Sınaq müddəti üç ay təyin edilib.

banner

Oxşar Xəbərlər