çərşənbə, 17 Avqust, 18:01

Baku Bakı 34°C

"Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişib

icon 239 icon 03 avqust 2022 | 14:45 "Qarabağ"ın sabiq futbolçusu qəflətən dünyasını dəyişib

"Qarabağ", Bakının "İnter" (indiki "Şamaxı") və fəaliyyətini dayandırmış Zaqatalanın "Simurq" klublarının sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

"Report" Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi 43 yaşında qəflətən dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Latviya millisinin aparıcı futbolçularından olmuş Andrey Rubin 2008 - 2010-cu illərdə "İnter"də, 2010/2011 mövsümündə "Qarabağ"da, 2011/2012 mövsümündə "Simurq"da forma geyinib. O, AVRO-2004-də iştirak etmiş Latviya millisinin heyətində yer alıb. Rubin son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.