• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

“Qarabağ” - “Frayburq” oyununun biletləri satışa çıxarılıb

28.10.22 17:45 667
“Qarabağ” - “Frayburq” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb.

Kaspi.az “Qarabağ”ın rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də saat 21:45-də başlayacaq.

banner

Oxşar Xəbərlər