• şənbə, 02 Mart, 02:56
  • Baku Bakı 2°C

"Qarabağ" fransalı hücumçunu transfer edib

13.01.23 15:42 759
"Qarabağ" fransalı hücumçunu transfer edib

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Kaspi.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" fransalı hücumçu Adama Diakabini transfer edib.

27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

banner

Oxşar Xəbərlər