• şənbə, 20 Aprel, 02:58
  • Baku Bakı 15°C

Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsi üçün təlimlər keçirilib

23.06.22 18:30 518
Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsi üçün təlimlər keçirilib


Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “VLM and Partners” Hüquq şirkəti və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”sinin təlimlər hissəsi yekunlaşıb.

Ölkənin qabaqcıl mütəxəssisləri tərəfindən keçirilən, nəzəri və praktik hissələrdən ibarət olan təlimlər zamanı Mərkəzin tələbələri İş həyatına hazırlıq", "İnnovativ bizneslərdə yer almaq", "İş şəraitində sağlamlıq, Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi SƏTƏM qaydaları və mədəniyyəti, "Kompüter texnologiyasının əsasları", "Turizm sahəsində biznesin təşkili", "Sosial sahibkarlıq", "Tikiş istehsalı", "Bağçılıq", "Turizm. Turizmdə peşələr və bələdçilik”, "Otel menecmenti, "Hekayələrin təhlili: kukla və uşaqlarla fəlsəfə", "Qida təhlükəsizliyi, HACCP" mövzularında yüksək biliklərə yiyələniblər. Təlimlərin məqsədi qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq və multifunksional, məqsədyönlü kadrlar hazırlamaqdır.

Bununla yanaşı, layihənin təlimlər hissəsində Mərkəzin müəllim heyətinin peşə səriştəliliyinin inkişaf etdirilməsi, pedaqoji innovasiyaları qəbul edə bilməsi, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi, müasir texnologiyaları, təlimin yeni metod və formalarını mənimsəməsi qabiliyyətlərinin formalaşdırılması məqsədilə "Yeni nəsil siniflərdə müasir təlim metodlarının tətbiqi" və "Öyrənmə və öyrətmə motivasiyasını necə yaradaq?" mövzularında təlimlər keçirilib. Müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimin təkmilləşməsini, peşəkarlığının yüksəlməsini tələb edir. Məhz bu təlimlərin məqsədi Mərkəzin müəllimlərinin peşə təhsilinin inkişafı yönündə qarşılarında duran vəzifələri reallaşdırmaları istiqamətinə yönəlib.

banner

Oxşar Xəbərlər