bazar ertəsi, 29 may, 20:03

Baku Bakı 30°C

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

icon 165 icon 23 may 2023 | 10:30 “Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında oynayacaq.

Oxu.Az xəbər verir ki, “sağsağanlar” buna İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz heç-heçə etməklə nail olublar.

37 oyunda 70 xal toplayan Eddi Haunun komandası turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış “Nyukasl” 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır.


Sözügedən komanda sonuncu dəfə 2002/2003 mövsümündə Çempionlar Liqasının iştirakçısı olub.

Ümumən avrokuboklarda isə “Nyukasl” sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib.