• cümə, 29 Mart, 11:15
  • Baku Bakı 5°C

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

30.11.22 12:30 452
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" Azərbaycan çempionatlarında yeni nailiyyətə imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" buna Premyer Liqanın XV turunda "Səbail"i 3:1 hesabı ilə məğlub etməklə nail olub.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

banner

Oxşar Xəbərlər