• çərşənbə, 24 Aprel, 07:53
  • Baku Bakı 13°C

Nazir: "Xaricdə təhsil alan bəzi tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil"

27.02.23 17:45 522
Nazir: "Xaricdə təhsil alan bəzi tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil"

Xaricdə təhsil alan bəzi tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, xaricdə təhsil alan hər hansı tələbə minimal şərtləri ödəyirsə Azərbaycanda təhsilini davam etdirməsi üçün şərait yaradılır: "Tələbə burada universitetə qəbul olmayıb reklamlarda nümayiş olunan sırf attestatla gedib xaricdə oxuyursa, onu qəbul edə bilmərik. Qəbul qaydalarımız var və buna uyğun olmayan tələbənin köçürülməsi edilmir".

banner

Oxşar Xəbərlər