bazar, 29 Yanvar, 16:48

Baku Bakı 8°C

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

icon 353 icon 14 yanvar 2023 | 15:30 Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən F. Qayıbov mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.

Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zallarının fəaliyyəti ilə maraqlanan nazir idmançıların məşq prosesini izləyib, onlarla və məşqçilərlə söhbət edib. İdman zallarının imkanlarından daha səmərəli istifadə olunması istiqamətində mütəxəssislərlə müzakirələr aparıb, öz tövsiyələrini verib.

O, həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.

Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin fəaliyyə ilə tanışlıq zamanı isə burada idmançılara göstərilən xidmət barədə fikir mübadiləsi aparılıb. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib.