bazar ertəsi, 05 dekabr, 08:05

Baku Bakı 3°C

Müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start verilir

icon 193 icon 30 sentyabr 2022 | 13:17 Müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start verilir

2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə keçirilən müsahibə mərhələsinin apelyasiya prosesi başlayır.

Müsahibə nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apelyasiya Komissiyası yaradılmışdır. Komissiya apelyasiya müraciətlərinə baxılması üçün 30 sentyabr  – 4 oktyabr tarixlərində fəaliyyət göstərəcək. Namizədlər nəticələrlə bağlı iradlarını (ətraflı şəkildə təsvir etməklə) ad, soyad, şəxsiyyət vəsiqəsinin fin kodu, əlaqə nömrəsini qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqənin test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər namizəd isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıblar. Onlardan 58 nəfəri direktor, 43 nəfər isə  direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.