• şənbə, 20 Aprel, 10:08
  • Baku Bakı 14°C

Mir Cəlal Paşayevin 115 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

11.03.23 07:00 466
Mir Cəlal Paşayevin 115 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

Aprelin 18-dən 19-dək Bakı Dövlət Universiteti (BDU) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilən elmi konfrans keçiriləcək.

Bu barədə BDU-dan məlumat verilib.

Konfransın açılışı, plenar və bölmə iclasları aprelin 18-də BDU-da olacaq. Konfransın ikinci günü Bakı, Gəncə və Qazaxda davam edəcək. BDU-nun tələbələri arasında keçirilən böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinin nəticələri də Gəncədə görkəmli ədibin ev-muzeyində elan olunacaq.

Qeyd edək ki, BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinə qəbul davam edir.

Müsabiqəyə təqdim edilən hekayələrin həcmi 5.000 işarədən artıq olmamalıdır. Müsabiqəyə yazılar Azərbaycan və rus dillərində təqdim edilə bilər.

Hekayələr aprelin 5-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş hekayələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək. I yer– 600 manat; II yer- 400 manat; III yer- 200 manat.

Qalib elan edilən hekayələr mətbuatda dərc olunacaq.

banner

Oxşar Xəbərlər