• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Millinin futbolçusu: "Avropa çempionatında əsas məqsəd qrupdan çıxmaqdır"

30.05.22 13:40 742
Millinin futbolçusu: "Avropa çempionatında əsas məqsəd qrupdan çıxmaqdır"

"Komanda iki aydan çoxdur, Avropa çempionatına hazırlaşır. Hər şey yaxşı gedir. Komanda turnirə hazırdır. İkinci dəfə Avropa çempionatında iştirak edəcəyik. Öncə qrupdan çıxmağa çalışacaq, daha sonra isə növbəti mərhələləri fikirləşəcəyik".

"Report"un məlumatına görə, bunu mini-futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Bəxtiyar Soltanov Slovakiyanın Koşitse şəhərində keçiriləcək Avropa çempionatı öncəsi Bakıdakı son məşq zamanı jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı forvard bildirib ki, qrupda ən çətin rəqib Rumıniyadır: "Səhv etmirəmsə, 6 qat Avropa çempionlarıdır. İspaniyanı yox, daha çox Rumıniyanı düşünürük. Düzdür, çətin qrupa düşmüşük, amma növbəti mərhələ adlamağa çalışacağıq. Rəhbərlik də qarşımıza bu vəzifəni qoyub. Əsad məqsəd budur. Bilirsiniz ki, əvvəlki Avropa çempionatında qrupda qalmışdıq".

İlk dəfə mini-futbol yığmasının heyətində Avropa çempionatına qatılacağını xatırladan təcrübəli oyunçu rəqibləri internet vasitəsilə analiz etdiklərini söyləyib: "İnanıram ki, yüksək yerlər uğrunda oynaya bilərik. İlboyu məşq edirik. İnanmıram ki, komandada yorğunluq olsun".

Soltanovun sözlərinə görə, onun üçün böyük futbol daha rahatdır: "Kiçik meydançada oynamaq asan deyil. Temp yuxarı olur, tez-tez dəyişiklər edirsən. Buna öyrəşməyə hazırlaşıram. Burada da hücumda oynayıram. Mini-futbol yığmasında potensial görürəm. İnanıram ki, nəticələr baxımından çimərlik yığmamızı da üstələyə bilərik".

banner

Oxşar Xəbərlər