• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

02.10.22 12:30 689
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

 Argentina millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi Braziliyanın "San Paulu" komandasının əfsanəvi qapıçısı Rojerio Seninin nailiyyətini geridə qoyub.

"Report" "Sportzpoint" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Nitsa"nı 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in IX tur oyununda müvəffəq olub. 29-cu dəqiqədə fərqlənən forvard cərimə zərbəsindən vurduğu qolların sayını 60-a çatdırıb. 1993 - 2015-ci illərdə "San Paulu"da çıxış edən Seni 59 dəfə standart vəziyyətdən rəqib qapılarına yol tapıb. Messi bu göstəriciyə görə İspaniya "Barselona"sının sabiq oyunçusu Ronald Kumana da çatıb. Cərimə zərbələrindən ən çox fərqlənən Fransa "Lion"unun sabiq futbolçusu Juninyo Pernambukanodur. 47 yaşlı keçmiş yarımmüdafiəçi 77 dəfə bunu bacarıb. Braziliyalı əfsanəvi hücumçu Pele (70), argentinalı Viktor Leqrotalye, braziliyalı Ronaldinyo (hər ikisi 66), ingiltərəli Devid Bekhem (65), argentinalı Dieqo Maradona və braziliyalı Ziko (hər ikisi 62) növbəti pillələrdə yer alıb.

banner

Oxşar Xəbərlər