• cümə, 26 Aprel, 17:16
  • Baku Bakı 23°C

Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib

04.12.22 13:00 733
Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib

Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub. Ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var. Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.

banner

Oxşar Xəbərlər